19 iyun 2026 22:08
103

Rusiya XİN Körfəz ölkələrinə səfər məhdudiyyətlərini aradan qaldırıb

Rusiya Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarının Körfəz ölkələrinə səfər etməkdən çəkinməsi ilə bağlı əvvəllər verdiyi tövsiyələri ləğv edib.

“İki sahil” Rusiya Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, qərar ABŞ ilə İran arasında hərbi münaqişəyə son qoyulduqdan və Yaxın Şərq bölgəsində vəziyyətin sabitləşdirilməsi ilə bağlı 17 iyun tarixli anlaşma memorandumunun imzalanmasından sonra qəbul edilib.

Rusiya Xarici İşlər Nazirliyi qeyd edib ki, Körfəz Əməkdaşlıq Şurasının üzv ölkələrinə - Bəhreyn, Qətər, Küveyt, BƏƏ, Oman və Səudiyyə Ərəbistanına turist səyahətləri də daxil olmaqla, artıq şəxsi məqsədlər üçün səfər etməkdən çəkinməklə bağlı tövsiyələri qüvvədə saxlamağa ehtiyac görmür.