19 iyun 2026 23:40
102

Ukraynadakı vəziyyət BMT Təhlükəsizlik Şurasında müzakirə olunacaq

BMT Təhlükəsizlik Şurası Ukrayna ilə bağlı iclas keçirəcək.

“İki sahil” xəbər verir ki, qurumun iş cədvəlinə əsasən, iclas iyunun 22-də bir sıra Qərb ölkələrinin tələbi ilə reallaşacaq.

Məlumata görə, görüş “Ukraynada sülhün və təhlükəsizliyin qorunması” mövzusuna həsr ediləcək. İclasda Ukraynadakı vəziyyət və regional təhlükəsizlik məsələlərinin müzakirə olunacağı gözlənilir.