Bedford (Bedfordşir qraflığı, Böyük Britaniya) yaxınlığında iki qatar toqquşub.
“İki sahil” Britaniyanın "The Telegraph" nəşrinə istinadən xəbər verir ki, Korbidən gələn qatar Nottinqemdən gələn qatarın arxa hissəsinə çırpılıb, nəticədə sərnişinlər ciddi xəsarətlər alıblar. Hadisə yerinə beş təcili tibbi yardım helikopteri cəlb edilib.
Sərnişinlərin sözlərinə görə, qəza qəfil olub, toqquşmadan əvvəl maşinist təcili tormozlama etməyib.
İnsidentin təfərrüatları araşdırılır, hadisə yerində aidiyyəti xidmətlərin əməkdaşları çalışır.