20 iyun 2026 09:01
95

Rusiyada 133 min hektardan çox meşə sahəsi yanıb

Rusiyanın Krasnoyarsk diyarının şimal hissəsində meşə yanğınlarının əhatə etdiyi ərazi 133 min hektardan çoxdur.

“İki sahil” xəbər verir ki, bu barədə diyarın Meşə Yanğınları Mərkəzi məlumat yayıb.

Məlumata əsasən, iyunun 20-si saat 08:45-ə olan vəziyyətə görə regionda ümumi sahəsi 133,6 min hektar təşkil edən 93 meşə yanğını qeydə alınıb.

Yanğınlar Yenisey, Şimali Yenisey, Turuxan və Evenkiya rayonlarında davam edir.

Bildirilir ki, yaşayış məntəqələri üçün təhlükə müşahidə olunmur.

Hazırda yanğınların söndürülməsi işlərinə 1,6 mindən artıq şəxs cəlb olunub. Onların sırasında "Avialesoxrana"nın federal ehtiyat qüvvələrinin əməkdaşları, eləcə də digər regionlardan gəlmiş aviasiya yanğınsöndürənləri yer alır.