20 iyun 2026 10:43
92

Türkiyədə iki il ərzində qaz abonentlərinin sayı 1 milyondan çox artacaq

Türkiyədə təbii qaz abonentlərinin sayı iki il ərzində 1 milyon 165 min artacaq. Təkcə bu il artım 595 min, gələn il isə 570 min olacaq.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə Qaz Paylayıcıları Birliyinin proqnozlarına istinadla xəbər verir.

Qeyd olunur ki, ölkə hazırda təbii qaz istifadəçilərinin sayına görə (22,8 milyon abunəçi) Avropanın ilk üç ölkəsi arasındadır.

“Son beş ildə ölkənin qazpaylayıcı şəbəkələrinin uzunluğu orta hesabla 7 faiz artaraq bu ilin sonuna qədər 235 min kilometrə çatacaq. Beləliklə, ölkəmiz Avropada dördüncü ən uzun qazpaylayıcı sistemə sahib olacaq", - deyə Birlik bildirib və Türkiyənin qaz infrastrukturuna qoyulan investisiyanın 14 milyard dolları keçəcəyini vurğulayıb.

Bütün bunlar Türkiyənin 81 vilayətində 982 yaşayış məntəqəsini təbii qazla təmin etməyə imkan verib. Bu, əhalinin təxminən 85 faizini və ya 73,2 milyon nəfərini təşkil edir.