20 iyun 2026 14:21
82

Qazaxıstanda yanacaqdoldurma məntəqəsində yanğın baş verib, üç nəfər ölüb

Qazaxıstanın Aktobe şəhərində yanacaqdoldurma məntəqəsində baş verən yanğın nəticəsində üç nəfər ölüb.

“İki sahil” xəbər verir ki, bu barədə "Kazinform" agentliyi xilasetmə xidmətlərinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, ölənlər arasında iki uşaq var.

"Yanğının söndürülməsi zamanı avtomobilin salonunda üç nəfərin meyiti aşkarlanıb. Daha bir nəfər xəstəxanaya çatdırılıb", - xilasetmə xidmətindən bildirilib.

Hadisə yerinə 10-dan çox texnika və 50-dən artıq əməkdaş cəlb edilib.

Yanğının səbəbləri araşdırılır.