Yunanıstanda bu gün 5,8 maqnitudalı zəlzələ baş verib.
“İki sahil” "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentri Krit adasındakı Retimno şəhərindən 69 km cənub-qərbində yerləşib.
Zəlzələ ocağı 13 km dərinlikdə yerləşib.
Dağıntılar barədə məlumat daxil olmayıb.