20 iyun 2026 19:07
100

Dənizdə boğulmuş miqrantların cəsədləri Liviya sahillərində tapılıb

Liviyanın Tobruq şəhəri sahillərində 15 miqrantın çürüməkdə olan cəsədi tapılıb. Ölənlər arasında yeniyetmə qız da var. Cəsədlərin sayının artacağı ehtimal olunur.

“İki sahil” yerli mediaya istinadla xəbər verir ki, xilas edilən on nəfər miqrantın bildirdiyinə görə, batmış qayıqda 60-dan çox insan olub.

Son zamanlar Liviya Afrika miqrantlarının Avropaya keçidində əsas tranzit marşrutlarından birinə çevrilib. Hər il minlərlə insan Aralıq dənizi vasitəsilə Avropaya çatmağa çalışarkən həyatını riskə atır.