20 iyun 2026 22:50
80

Volodimir Zelenski Belarusa xəbərdarlıq edib

Ukrayna dəfələrlə bu müharibənin Belarus üçün son dərəcə təhlükəli nəticələrə səbəb ola biləcəyi barədə siqnal verib. Xüsusilə, biz Belarusdakı sərhədimiz boyunca Rusiya üçün işləyən xüsusi texnikanın mövcudluğunu sənədləşdirmişik və bu avadanlıq Moskvanın ərazimizə pilotsuz uçuş aparatları ilə zərbələr endirməsinə kömək edir.

“İki sahil” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında bildirib.

O deyib: “Ukraynaya Belarusda, xüsusən də Qomel və Brest bölgələrində dörd belə təkrarlayıcı stansiya məlumdur. Məhz bu avadanlıq sayəsində Jitomir, Rovno və Volın bölgələrində enerji sektorumuzu, dəmir yollarımızı, şəhərlərimizi və kəndlərimizi hədəf alan zərbələr endirildi. Belarus hazırda bu avadanlıqları sökür.

Həmçinin Belarusun müharibədə Rusiya üçün işləyən hər bir zavodu barədə məlumatımız var. Rusiya silahları üçün komponentlər - zirehli texnika, raket sistemləri tədarük edən hər bir şirkət, eləcə də Moskvanı müharibə üçün yanacaqla təmin edən hər bir obyekt Belarusu müharibəyə sürükləyir. Ukrayna bunu istəmir və biz bu hadisələrə təsir edən Belarusun faktiki rəhbərliyini xəbərdar etmişik. Ümumilikdə, təkcə yanvar-may ayları arasında Belarusdan Rusiyaya benzin tədarükü ötən ilin eyni dövrü ilə müqayisədə 13 dəfə, dizel yanacağı tədarükü isə üç dəfə artıb”.

V. Zelenski daha sonra vurğulayıb: “Təəssüf ki, bu, Rusiyanın təzyiqə uyğunlaşmasına kömək edir və sülhü yaxınlaşdırmır. Əksinə olmalıdır: sülh yaxınlaşmalı və Belarus hazırkı rəhbərliyinin qeyri-rəsmi kanallar vasitəsilə dediklərini etməlidir ki, biz Ukraynada Minskin bu müharibəyə qarşı olduğunu həqiqətən görə bilək. Bu müharibə bitməlidir. Sülhə nail olmaq lazımdır”.