21 iyun 2026 01:33
86

Qahirədə Afrika və ərəb ölkələrinin problemləri müzakirə olunub

Misirin paytaxtı Qahirədə Liviya da daxil olmaqla, regional məsələlər müzakirə olunub.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi "X" sosial şəbəkə hesabında məlumat yayıb.

"Türkiyənin xarici işlər naziri Hakan Fidan regional məsələlərin müzakirə edildiyi toplantıda iştirak edib", - məlumatda bildirilib.

Görüşdə Misir, Səudiyyə Ərəbistanının XİN rəhbərləri Bədr Əbdülati, Feysəl bin Fərhan Əl Səud, həmçinin ABŞ-nin Ərəb və Afrika İşləri üzrə Baş məsləhətçisi Massad Fares Boulos da iştirak edib.

Xatırladaq ki, Liviyada iki əsas hakimiyyət (Tripolidəki Milli Birlik Hökuməti və şərqdəki qüvvələr) arasında siyasi və iqtisadi parçalanma davam edir. Ölkədə qeyri-sabitlik, həyat səviyyəsinin aşağı düşməsi, miqrant böhranı, BMT və ABŞ-nin sülh planları ətrafında gərgin proseslər baş verir. Liviyanın üç əsas siyasi qurumu (Nümayəndələr Palatası, Prezident Şurası və Ali Dövlət Şurası) 2027-ci ilin fevralından əvvəl prezident və parlament seçkilərinin keçirilməsini nəzərdə tutan yeni "yol xəritəsi" imzalayıb.