21 iyun 2026 10:08
87

Bu ölkə dünyanın ən böyük silah təchizatçılarındandır

Cənubi Koreya dünyanın ən sürətlə böyüyən silah təchizatçılarından birinə çevrilib.

“İki sahil” xəbər verir ki,  bu barədə "Politico" nəşri Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) hesabatına istinadən məlumat yayıb.

Məqalədə qeyd olunur ki, Cənubi Koreya dünyanın doqquzuncu ən böyük silah təchizatçısı olub və ən sürətlə böyüyən silah ixracatçıları arasındadır.

Hesabata əsasən, Cənubi Koreyanın dörd ən böyük müdafiə şirkətinin – "Hanwha Group", "Hyundai Rotem", "LIG Nex1" və "Korea Aerospace Industries"in birləşmiş gəliri bu il təxminən 37 milyard dollara çata bilər ki, bu da 2021-ci ilin rəqəmindən təxminən dörd dəfə çoxdur.

Bundan əlavə, Cənubi Koreya ABŞ-dən sonra Avropada NATO üzv ölkələrinə ikinci ən böyük silah təchizatçısı olub.