21 iyun 2026 10:40
93

Hava ilə əlaqədar bu şəhərlərə xəbərdarlıq edilib

Afrikadan qaynaqlanan isti dalğası İtaliyanı cənginə alıb və nəticədə bu gün üçün səkkiz şəhərdə qırmızı xəbərdarlıq elan edilib.

“İki sahil” xəbər verir ki, İtaliya Səhiyyə Nazirliyi isti dalğasının həftəsonu bir çox şəhərə təsir edəcəyini bildirib və səkkiz şəhərdə qırmızı (ən yüksək risk) xəbərdarlıq elan edib.

Xəbərdarlıq elan olunan şəhərlər Bolonya, Bolzano, Breşiya, Florensiya, Milan, Peruca, Rieti və Turin şəhərləridir.

Səhiyyə Nazirliyi insanları saat 11:00 ilə 18:00 arasında çölə çıxmamağa çağırıb.