Rusiyanın Primorsk diyarında meşə təsərrüfatı işləri aparan "Robinson R44" helikopteri ilə əlaqə kəsilib.
“İki sahil”in TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Uzaq Şərq Nəqliyyat Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
"Təyyarə heyəti ilə əlaqə yerli vaxtla təxminən saat 12:00-da (Bakı vaxtı ilə saat 06:00) kəsilib", - deyə açıqlamada bildirilir.
İlkin məlumatlara görə, helikopter Terney kəndindən Edinka kəndinə uçurdu. Ekipaj təyin olunmuş vaxtda çağırışa cavab verə bilməyib və təyyarənin yeri hələ müəyyən edilməyib. Pilot və müşahidəçi göyərtədə olub.
Prokurorluq hazırda axtarış-xilasetmə əməliyyatının davam etdiyini qeyd edib.