21 iyun 2026 23:20
92

Belarus Aİ-yə ittiham: Avropa Ukraynadakı münaqişənin davam etməsi üçün əlindən gələni edir

"Danışıqlar masasına oturmalı, dialoq yollarını tapmalı və Ukraynadakı münaqişəyə mümkün qədər tez son qoymalıyıq”.

İki sahil” TASS-a istinadla xəbər verir ki, bunu Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç “Belarus-1” televiziya kanalına bildirib.

Onun sözlərinə görə, Avropa münaqişənin davam etməsi üçün əlindən gələni edir.

Dövlət katibi Minskin mehriban qonşuluq münasibətlərini, dinc dialoqu və problemlərin danışıqlar masasında həllini müdafiə etdiyini vurğulayıb. O əlavə etdi ki, respublika rəhbərliyi heç kimlə döyüşmək istəməməsi mövqeyinin dünya səhnəsində eşidilməsini təmin etmək üçün əlindən gələni edir.

Aleksandr Volfoviç hesab edir ki, hazırkı Avropa liderlərinin qərarları sabitlik və təhlükəsizlik gətirmir: “G7 ölkələri tərəfindən razılaşdırılmış Avropanın Ukraynaya yeni silah tədarükü əlavə gərginliyə səbəb olacaq, bütün Avropada strateji sabitliyə və təhlükəsizliyə xələl gətirəcək”.

Məhərrəm Ağalaroğlu, “İki sahil”