Taxıl istehsalının artırılması ilə yanaşı, saxlanma infrastrukturu da genişləndirilməlidir. Regionda taxıl silolarının, qurutma, təmizləmə və çeşidləmə xətlərinin yaradılması fermerlərin məhsulu yığımdan dərhal sonra aşağı qiymətə satmaq məcburiyyətini azalda bilər.
“İki sahil” xəbər verir ki, bunu kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramının müzakirəsi məqsədilə Biləsuvarda keçirilən regional müşavirədə kənd təsərrüfatı nazirinin müavini Seymur Səfərli deyib.
O qeyd edib ki, Dövlət Proqramında ölkə üzrə taxıl silolarının ümumi tutumunun 1,9 milyon tondan təxminən 2,05 milyon tona, kənd təsərrüfatı təyinatlı soyuducu anbarların tutumunun isə 400 min tondan təxminən 500 min tona çatdırılması hədəflənir.
"Yonhap": Cənubi Koreyanın sabiq ədliyyə naziri 25 il müddətinə azadlıqdan məhrum edilib
Xəyyam Məmmədov: Əsas vəzifələrdən biri kənd təsərrüfatının iqlim dəyişikliyinə daha davamlı model əsasında inkişafıdır
Şirvan-Salyan iqtisadi rayonu üzrə regional müşavirədə yeni Dövlət Proqramının hədəfləri müzakirə olunub