Bu gün qarşımızda duran əsas vəzifələrdən biri kənd təsərrüfatının iqlim dəyişikliyinə daha davamlı model əsasında inkişaf etdirilməsidir.
“İki sahil” xəbər verir ki, bunu kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramının müzakirəsi məqsədilə Biləsuvarda keçirilən regional müşavirədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinin birinci müavini Xəyyam Məmmədov deyib.
“Müasir dövrün çağırışları göstərir ki, kənd təsərrüfatının gələcək inkişafı ekstensiv genişlənmədən daha çox mövcud resurslardan səmərəli istifadə ilə bağlıdır. Buna görə də hazırkı mərhələdə əsas hədəfimiz su və torpaq resurslarından daha rasional və qənaətli istifadə prinsiplərini formalaşdırmaqdır”, - deyə o əlavə edib.
"Yonhap": Cənubi Koreyanın sabiq ədliyyə naziri 25 il müddətinə azadlıqdan məhrum edilib
Taxıl istehsalının artırılması ilə yanaşı, saxlanma infrastrukturu da genişləndirilməlidir
Şirvan-Salyan iqtisadi rayonu üzrə regional müşavirədə yeni Dövlət Proqramının hədəfləri müzakirə olunub