Krım yarımadasının şərqində elektrik enerjisinin verilişi kəsilib.
“İki sahil” xəbər verir ki, "Krımenergo"dan verilən məlumata görə, buna səbəb elektrik şəbəkələrində baş verən zədələnmələr olub.
Mütəxəssislər hazırda qəza-bərpa işləri aparırlar. Dövlət müəssisəsindən əlavə ediblər ki, elektrik enerjisinin verilişinin bu gün saat 17:00-a qədər bərpa edilməsi planlaşdırılır.
Qeyd edək ki, iyunun 21-nə keçən gecə Ukrayna Silahlı Qüvvələri Krım yarımadasına hücum edib. Zərbələr, o cümlədən neft terminalına və digər enerji infrastrukturu obyektlərinə endirilib. Bununla əlaqədar Krımda elektrik enerjisindən istifadəyə məhdudiyyət qrafikləri tətbiq olunub.