22 iyun 2026 16:14
94

Nazir Məcnun Məmmədovun Lerikdə keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Nazir Məcnun Məmmədovun Lerikdə keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişdirilib. “İki sahil” xəbər verir ki, Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədovun iyunun 30-da Lerik rayonunda keçirəcəyi vətəndaş qəbulunun vaxtı iyulun 3-nə dəyişdirilib.

Vətəndaşlar əlavə məlumat almaq üçün Kənd Təsərrüfatı Nazirliyinin Çağrı Mərkəzi (1652) ilə əlaqə saxlaya bilərlər.