22 iyun 2026 17:50
89

Macarıstan konstitusiyasını dəyişir?

Macarıstanın Baş naziri Peter Madyarın kabineti hazırkı prezident Tamaş Şuyoku vəzifəsindən kənarlaşdırmağa imkan verəcək konstitusiya dəyişiklikləri hazırlayacaq.

“İki sahil” TASS-a istinadla xəbər verir ki, bu barədə Madyar parlamentdəki çıxışı zamanı bildirib.

"Əsas qanuna edilən düzəlişlər qüvvəyə mindiyi növbəti gün Tamaş Şuyokun səlahiyyətlərinə xitam veriləcək, vəssalam", - deyə Macarıstanın Baş naziri bəyan edib .

O, həmçinin elan edib ki, sentyabr ayında bütün Macarıstan cəmiyyətinin iştirak edəcəyi yeni əsas qanunun hazırlanmasına başlanılacaq. Peter Madyar əlavə edib ki, konstitusiya ümummilli referendumda təsdiqlənəcək.

Baş nazir vurğulayıb ki, konstitusiyanın hazırlanması başa çatmamışdan əvvəl parlament maksimum beş il müddətinə yeni prezident seçəcək. Madyarın sözlərinə görə, yeni prezidentin ən mühüm vəzifələrindən biri prezidentlik institutu nüfuzunun bərpası olacaq.