22 iyun 2026 22:22
96

Qalibaf və Oman Sultanı Hörmüz boğazının idarə olunmasını müzakirə edəcəklər

İran parlamentinin sədri Məhəmmədbaqer Qalibaf və bu ölkənin xarici işlər naziri Abbas Əraqçi Omana səfər ediblər.

“İki sahil” xəbər verir ki, bu barədə A. Əraqçi "Telegram" kanalında məlumat yayıb.

Onun sözlərinə görə, ABŞ ilə İsveçrədəki danışıqlarda İranı təmsil edən nümayəndə heyətinin əsas üzvlərinin Maskat səfəri Omanın Sultanı Heytəm bin Tariq Al Səidin dəvəti ilə baş tutub:

"Omana səfəri zamanı M. Qalibaf Omanın Sultanı Heytəm bin Tariq Al Səid ilə görüşəcək və ikitərəfli əməkdaşlığın genişləndirilməsi məsələlərini, eləcə də Hörmüz boğazının idarə edilməsi üzrə İranın tədbirlərinin gücləndirilməsi istiqamətində birgə səyləri müzakirə edəcək".