22 iyun 2026 23:00
78

Türkiyə XİN: Qara dənizdə mülki gəmilərin təhlükəsizliyi ölkəmizin prioritetləri sırasındadır

Bu gün səhər saatlarında Ukraynanın Çornomorsk limanı yaxınlığında Türkiyə şirkətinə məxsus və Panama bayrağı altında üzən gəminin pilotsuz uçuş aparatı ilə hücuma məruz qalması nəticəsində heyətində olan iki Türkiyə vətəndaşı yaralanıb. Onların vəziyyəti Türkiyənin Kiyevdəki səfirliyi və Odessadakı baş konsulluğu tərəfindən yaxından izlənilir.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Məlumatda deyilir: “Rusiya–Ukrayna müharibəsində gərginliyin artması nəticəsində Qara dənizdə maraqlarımızı və regional təhlükəsizliyi təhdid edən hücumlarla bağlı narahatlığımız hər iki ölkənin səlahiyyətli qurumlarının diqqətinə çatdırılır. Qara dənizdə mülki gəmilərin təhlükəsiz naviqasiyasının təmin edilməsi ölkəmizin prioritetləri sırasındadır. Bu baxımdan, bütün aidiyyəti tərəfləri bölgədə gərginliyin azaldılması üçün tədbirlər görməyə çağırırıq”.