Serbiya silahlı münaqişələrin dayandırılması və gərginliyin azalmasına, dialoqa və davamlı sülh, eləcə də müzakirələrin, əməkdaşlığın davam etdirilməsinə aparan siyasi qərarları alqışlayır.
“İki sahil” xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç iranlı həmkarı Məsud Pezeşkianla telefon danışığında deyib.
"Prezident Pezeşkianla yaxşı və açıq müzakirə olub, bu zaman mən bildirdim ki, Serbiya silahlı münaqişələrin dayandırılması, gərginliyin azalmasına, dialoqa və davamlı sülhə, eləcə də müzakirələrin, əməkdaşlığın davam etdirilməsinə aparan cəsur siyasi qərarları alqışlayır", - Vuçiç bildirib.
O, zərər çəkmiş ərazilərin bərpasının və iqtisadi inkişafın siyasi, sosial əhəmiyyətini qeyd edib: "Serbiya davamlı həll yollarının dialoq, qarşılıqlı hörmət və kompromis vasitəsilə qurulduğuna inanaraq daha ədalətli, təhlükəsiz və dinc bir dünyaya doğru hər hansı məsuliyyətli səyi dəstəkləməyə davam edəcək".
Pezeşkian isə bildirib ki, regionda qeyri-sabitliyə səbəb İsrailin siyasətidir. "ABŞ və İsrail İrana hücumla öz məqsədinə çatmayıb", - o bildirib və Minabdakı qız məktəbinə hücum nəticəsində 168 günahsız uşağın ölümünü xatırladıb.