23 iyun 2026 11:38
108

Uşakov: Rusiya ABŞ ilə təmasların zəruriliyini anlayır

ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff və Amerika prezidentinin kürəkəni Cared Kuşnerin Moskvaya səfər tarixləri hələlik razılaşdırılmayıb.

“İki sahil” "İnterfaks"a istinadla xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.

"Bu təmasların lazım olduğuna dair bir anlaşma var. Tarixlər isə hələlik razılaşdırılmayıb", — deyə Uşakov jurnalistlərə bildirib.

Xatırladaq ki, iyunun 15-də Rusiya Xarici İşlər naziri Sergey Lavrov Stiven Uitkoff və Cared Kuşnerin yaxın gələcəkdə Rusiyaya səfər edəcəklərini bəyan etmişdi.