23 iyun 2026 12:54
92

Sabah bəzi yerlərdə yağış yağacaq

Azərbaycanda iyunun 24-nə gözlənilən hava şəraiti açıqlanıb.

“İki sahil” xəbər verir ki,  Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecəyə doğru yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-23°, gündüz 29-34° isti olacağı ehtimal edilir.

Atmosfer təzyiqi 758 millimetr civə sütunu, nisbi rütubət isə gecə 60-65, gündüz 40-50 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarının bəzi yerlərində fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, axşam yağıntıların bir qədər güclənəcəyi proqnozlaşdırılır. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 21-25°, gündüz 30-35° isti, dağlarda gecə 10-15°, gündüz 17-22°, bəzi yerlərdə 25-28° isti olacağı bildirilir.