Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İnsan Alveri Qurbanlarına Yardım Mərkəzində bu ilin ötən dövründə 23 nəfərə sosial reabilitasiya xidmətləri göstərilib. “İki sahil” xəbər verir ki, onlardan 10-u insan alveri qurbanı, 13-ü isə insan alveri təhlükəsi ilə üzləşmək riski olan şəxslərdir. Mərkəzdə sosial işçi, psixoloq və hüquq məsləhətçisindən ibarət işçi heyət tərəfindən həmin şəxslər üçün fərdi sosial reabilitasiya planı tərtib edilib və müvafiq tədbirlər həyata keçirilib. Burada, həmçinin onların sosial-hüquqi, sosial-psixoloji dəstəklə təminatı, tibbi-sosial reabilitasiyası, məşğulluğunun təmin edilməsi istiqamətində işlər aparılır.
"AI Community” süni intellekt ekosistemində bilik və təcrübə mübadiləsini gücləndirən çoxşaxəli əməkdaşlıq platforması kimi formalaşır
Cəmalə Məmmədzadə: “Neyron” süni intellekt savadlılığını məktəb yaşından formalaşdırır
FHN Dövlət Gömrük Komitəsinin əməkdaşları üçün maarifləndirmə tədbiri keçirib - VİDEO