Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətlərinin təşkilatçılığı ilə Dövlət Gömrük Komitəsinin bir qrup əməkdaşı üçün maarifləndirmə tədbiri keçirilib.
“İki sahil” xəbər verir ki, Tədbirin keçirilməsində məqsəd Komitənin əməkdaşlarına fövqəladə hallar, o cümlədən yanğınlarla bağlı davranış qaydalarının aşılanması olub. Əvvəlcə, FHN-in əməkdaşları tərəfindən Komitənin bir qrup əməkdaşına yanğın zamanı zəruri davranış qaydaları, təxliyə tədbirləri barədə ətraflı məlumat verilib, bu barədə videoçarxlar nümayiş olunub.
Tədbirdə əməkdaşların yanğın təhlükəsizliyi qaydaları barədə mütəmadi maarifləndirilməsi, müəssisələrdə fəaliyyət göstərən elektrik cihaz və qurğularının “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə uyğun quraşdırılaraq istismar edilməsi, həmin avadanlıqlara dövri qulluqların və müayinələrin keçirilməsinin zəruriliyi vurğulanıb. Həmçinin, ilkin yanğınsöndürmə vasitələrinin və avtomatik yanğınsöndürmə sistemlərinin daim işlək vəziyyətdə olmasının, müəssisələrin və ərazilərin təmiz saxlanılmasına dair tələblərin yerinə yetirilməsinin vacibliyi vurğulanıb.
Daha sonra tədbirdə ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib, suallar cavablandırılıb.
Azərbaycan və İƏT arasında korrupsiyaya qarşı mübarizə üzrə əməkdaşlıq müzakirə olunub
Ağdaşda partiya fəalları ilə VIII Qurultayın strateji hədəfləri müzakirə edilib
Dövlət icra məmuru vəzifəsinə qəbul üzrə müsabiqədə iştirak edən namizədlərin nəzərinə