23 iyun 2026 18:49
110

Livan və İsrail arasında danışıqların beşinci raundu başlayıb

ABŞ-nin dəstəyi ilə Vaşinqtonda Livan və İsrail arasında danışıqların beşinci raundu başlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə "Al Jazeera" məlumat yayıb.

Daha əvvəl Livan Prezidenti Cozef Aun bildirib ki, dialoqun cari mərhələsi vəziyyətin gələcək inkişafı üçün həlledici əhəmiyyət kəsb edə bilər.