23 iyun 2026 19:18
109

Rusiya İstanbul razılaşmaları əsasında Ukrayna ilə danışıqlara hazırdır

Rusiya İstanbulda əldə olunmuş razılaşmalar əsasında Ukrayna ilə sülh danışıqlarına hazırdır.

“İki sahil” xəbər verir ki, bu barədə ölkə Prezidenti Vladimir Putin hökumət üzvləri ilə müşavirədə bildirib.

"Dəfələrlə qeyd edildiyi kimi, Rusiya Ukrayna ilə sülh danışıqlarına hazırdır. Moskva buna İstanbulda əldə olunmuş və o zaman Ukrayna nümayəndə heyəti tərəfindən paraflanmış razılaşmalar əsasında hazırdır. Deməli, hər şey onları qane edirdi", - o deyib.

Putin həmçinin bildirib ki, Moskva dörd prinsip əsasında danışıqlar aparmağa hazırdır: "İstanbulda əldə olunmuş razılaşmalar, Ankoricdə müzakirə edilən mexanizmlər, ən əsası isə yerdəki reallıqlar, həmçinin mənim bir neçə il əvvəl Xarici İşlər Nazirliyində çıxışım zamanı (2024-cü ilin iyununda) səsləndirdiyim prinsiplər əsasında". (Report)