Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunun (AzMİ) Avropa Milli Metrologiya İnstitutları Assosiasiyasına (EURAMET) assosiativ üzvlüyü təsdiqlənib. “İki sahil” xəbər verir ki, bununla bağlı qərar Gürcüstanın Tbilisi şəhərində keçirilən EURAMET-in 20-ci Baş Assambleyasının iclasında qəbul olunub. Beləliklə, AzMİ EURAMET-in Texniki Komitələrinin fəaliyyətində iştirak etmək və təşkilatın elmi-tədqiqat və innovasiya layihələrinə qoşulmaq imkanı qazanıb.
Bundan əlavə, üzvlük AzMİ-nin “Milli etalonların və Milli Metrologiya Müəssisələri tərəfindən verilən ölçmə və kalibrləmə sertifikatlarının qarşılıqlı tanınması haqqında” Beynəlxalq Saziş (CIPM MRA) çərçivəsində fəaliyyətinin gücləndirilməsinə, beynəlxalq tutuşdurmalarda iştirakının genişləndirilməsinə, ölçmə və kalibrlənmə imkanlarının (CMC) daha çox ölkələrdə tanınmasına şərait yaradacaq.
Qeyd: Avropanın Regional Metrologiya Təşkilatı EURAMET regionun milli metrologiya qurumları arasında əməkdaşlığı koordinasiya edir, beynəlxalq tutuşdurmaların və tədqiqat layihələrinin həyata keçirilməsini dəstəkləyir, həmçinin etalonların ölçmə və kalibrlənmə imkanlarının beynəlxalq səviyyədə tanınmasına xidmət edir. Təşkilatın 37 tam üzvü və 80-dən çox assosiativ üzvü mövcuddur.
Azərbaycan və İƏT arasında korrupsiyaya qarşı mübarizə üzrə əməkdaşlıq müzakirə olunub
Ağdaşda partiya fəalları ilə VIII Qurultayın strateji hədəfləri müzakirə edilib
Dövlət icra məmuru vəzifəsinə qəbul üzrə müsabiqədə iştirak edən namizədlərin nəzərinə