Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) birgə təşkilatçılığı ilə Laçın rayonunda növbəti əmək yarmarkası keçirilib.
“İki sahil” xəbər verir ki, aktiv məşğulluq tədbiri ANAMA-nın Laçın rayonunun Sus kəndində yerləşən mobil bazasının inzibati binasında təşkil olunub.
Yarmarkada minaaxtaran peşəsi üzrə vakansiyalar təqdim edilib. Aktiv məşğulluq tədbirində iştirak edən şəxslərə iş yerləri üzrə tələblər barədə məlumat verilib, vakansiyalara uyğun namizədlərin qeydiyyatı aparılıb.
Vətəndaşlar Dövlət Məşğulluq Agentliyinin icra etdiyi məşğulluq proqramları barədə də məlumatlandırılıblar.
Azərbaycan və İƏT arasında korrupsiyaya qarşı mübarizə üzrə əməkdaşlıq müzakirə olunub
Ağdaşda partiya fəalları ilə VIII Qurultayın strateji hədəfləri müzakirə edilib
Dövlət icra məmuru vəzifəsinə qəbul üzrə müsabiqədə iştirak edən namizədlərin nəzərinə