Vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən paytaxtın yol infrastrukturunun yenilənməsi istiqamətində tədbirlər davam etdirilir.
“İki sahil” xəbər verir ki, bu çərçivədə Qara Qarayev prospektinin Cəmşid Naxçıvanski və Bəhruz Nuriyev küçələri arasında yerləşən köməkçi hissəsində təmir işləri icra olunub.
Təmir işləri çərçivəsində deformasiyaya uğramış asfalt-beton örtüyünün frezlənməsi aparılaraq, normativ tələblərə uyğun yeni asfalt-beton örtüyü döşənib. Təmir olunan hissənin uzunluğu 500 metr, ümumi sahəsi isə 3 500 kvadratmetr təşkil edir.
Azərbaycan və İƏT arasında korrupsiyaya qarşı mübarizə üzrə əməkdaşlıq müzakirə olunub
Ağdaşda partiya fəalları ilə VIII Qurultayın strateji hədəfləri müzakirə edilib
Dövlət icra məmuru vəzifəsinə qəbul üzrə müsabiqədə iştirak edən namizədlərin nəzərinə