Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində Əməyin Mühafizəsi Mərkəzi tərəfindən azyaşlılar üçün əməyin mühafizəsi qaydaları üzrə maarifləndirici “Boyama” jurnalı hazırlanıb.
“İki sahil” xəbər verir ki, jurnal uşaqlarda erkən yaşlardan əməyin mühafizəsi mədəniyyəti, təhlükəsizlik qaydaları, iş yerlərində fərdi mühafizə vasitələri barədə ilkin təsəvvürlərin yaradılması məqsədi daşıyır. Jurnalın daha geniş auditoriya üçün əlçatanlığını təmin etmək məqsədilə onun elektron versiyası da təqdim olunur. “Boyama” jurnalını elektron qaydada əldə etmək üçün aşağıdakı keçiddən istifadə edə bilərsiniz: https://demx.gov.az/az/media/cap-mehsullari
Azərbaycan və İƏT arasında korrupsiyaya qarşı mübarizə üzrə əməkdaşlıq müzakirə olunub
Ağdaşda partiya fəalları ilə VIII Qurultayın strateji hədəfləri müzakirə edilib
Dövlət icra məmuru vəzifəsinə qəbul üzrə müsabiqədə iştirak edən namizədlərin nəzərinə