Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, müsəlman ölkələri ilə həm ikitərəfli əsasda, həm də ortaq təşkilatlarımız çərçivəsində münasibətlərin inkişafı ölkəmizin xarici siyasətinin prioritet istiqamətlərindən biridir. İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və ona üzv dövlətlər ərazilərimizin işğalı dövründə, eləcə də münaqişədən sonra hər zaman Azərbaycanla həmrəy olduqlarını ifadə ediblər.
“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyasının rəsmi açılış mərasimində deyib.
O bildirib ki, son 30 ildə İƏT və İƏT Parlament İttifaqı tərəfindən Ermənistanın təcavüzünü pisləyən, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyən çoxsaylı qərarlar və qətnamələr qəbul edilib.
Milli Məclisin sədri qeyd edib ki, Azərbaycan İslam mədəniyyətini təşviq edən, İslamın sülh və mərhəmət dini kimi əsl mahiyyətini nümayiş etdirən çoxsaylı tədbirlər təşkil edib və təşəbbüslər irəli sürüb.
Vüqar Rəhimzadə: Tibb işçilərinin sosial rifahının gücləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir
Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib
Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi: Mina təhlükəsi ilə mübarizəyə beynəlxalq dəstək məhduddur