Azərbaycan Hava Yollarının (AZAL) bu günə planlaşdırılan Bakı–Naxçıvan reysləri Naxçıvan aeroportunda müşahidə olunan ildırımlı hava şəraiti səbəbindən ləğv edilib.
“İki sahil” xəbər verir ki, AZAL-dan bildirilib ki, sərnişinlərə mümkün dəyişikliklərlə bağlı ətraflı məlumat veriləcək və hava şəraiti sabitləşdikdən sonra uçuşlar ştat rejimdə icra olunmağa davam edəcək.
Xatırladaq ki, AZAL-da bütün qərarlar sərnişinlərin və ekipajın təhlükəsizliyinin təmin olunması məqsədilə qəbul edilir və beynəlxalq aviasiya təhlükəsizliyi standartlarına uyğun şəkildə həyata keçirilir.
Azərbaycan və İƏT arasında korrupsiyaya qarşı mübarizə üzrə əməkdaşlıq müzakirə olunub
Ağdaşda partiya fəalları ilə VIII Qurultayın strateji hədəfləri müzakirə edilib
Dövlət icra məmuru vəzifəsinə qəbul üzrə müsabiqədə iştirak edən namizədlərin nəzərinə