24 iyun 2026 13:50
94

Peskov: Demoqrafiya Rusiya üçün ağrılı məsələdir

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov forumda çıxışı zamanı demoqrafiya probleminin ölkəsi üçün son dərəcə həssas olduğunu bildirib.

“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, Peskov qlobal demoqrafik proseslərə toxunaraq Rusiyanın çətin bir dövrlə üz-üzə qaldığını qeyd edib: "Biz qlobal demoqrafiya baxımından olduqca çətin bir vəziyyətdəyik. Bu, ölkəmiz — Rusiya üçün ağrılı bir məsələdir. Eyni zamanda Çin üçün də ağrılı məsələdir, çünki orada da əhalinin kifayət qədər sürətli azalması başlayıb."

Kremıl rəsmisi bu problemin Hindistan üçün keçərli olmadığını vurğulayıb. Onun sözlərinə görə, Hindistanda əhalinin sürətli artımı hələ də davam edir. Bununla belə, Dmitri Peskov yaxın gələcəkdə dünya əhalisinin ümumi sayının azalmağa başlayacağına dair proqnozların mövcud olduğunu da diqqətə çatdırıb.