24 iyun 2026 14:55
90

Fransa və Böyük Britaniya Moskvaya nümayəndələr göndərib

Fransa və Böyük Britaniya rəsmi Moskva ilə danışıqlar aparmaq üçün öz nümayəndələrini Rusiyaya göndəriblər.

“İki sahil” xəbər verir ki, bu barədə Rusiyanın Xarici işlər naziri Sergey Lavrov “Primakov qiraətləri” Beynəlxalq Elmi-Ekspert Forumunda çıxışı zamanı məlumat verib.

Lavrov Qərb ölkələrinin gizli diplomatik təmaslar qurmağa çalışdığını diqqətə çatdırıb: "Prezident Emmanuel Makron özü şəxsən nümayəndələr göndərirdi. Onlar qəbul edilirdi. Düzünü desəm, Londondan da gələn nümayəndələr var idi."

Rusiya XİN rəhbəri xüsusilə vurğulayıb ki, rəsmi Moskva görüşmək və müzakirə aparmaqla bağlı gələn heç bir müraciəti heç vaxt geri çevirmir və dialoqa hər zaman açıqdır.