Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyunun 24-də ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazirlər Kabinetindən “İki sahil”ə bildirilib ki, görüş zamanı Bakının İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyasına ev sahibliyi etməsi mühüm hadisə kimi qiymətləndirilib.
Azərbaycan ilə Türkiyə arasında qardaşlıq, müttəfiqlik və qarşılıqlı etimada əsaslanan münasibətlərin bütün sahələr üzrə uğurla inkişaf etdiyi məmnunluqla qeyd olunub.
Parlamentlərarası əməkdaşlığın ikitərəfli əlaqələrin mühüm tərkib hissəsi olduğu vurğulanaraq, hər iki ölkənin qanunverici orqanları arasında sıx təmasların və qarşılıqlı səfərlərin əhəmiyyəti qeyd edilib.
Tərəflər Azərbaycan-Türkiyə strateji tərəfdaşlığının bundan sonra da yeni məzmunla zənginləşəcəyinə əminlik ifadə edərək, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə ediblər.
Azərbaycan və İƏT arasında korrupsiyaya qarşı mübarizə üzrə əməkdaşlıq müzakirə olunub
Ağdaşda partiya fəalları ilə VIII Qurultayın strateji hədəfləri müzakirə edilib
Dövlət icra məmuru vəzifəsinə qəbul üzrə müsabiqədə iştirak edən namizədlərin nəzərinə