25 iyun 2026 01:14
86

Yəməndə avtomobildə baş verən partlayış nəticəsində jurnalist həlak olub

Yəmənin Hadramarut əyalətində “Al Hadath” telekanalının müxbiri Muxammad Ayda avtomobilində partlayış baş verməsi nəticəsində həlak olub.

“İki sahil” xəbər verir ki, bu barədə telekanal məlumat yayıb.

Əldə olunan məlumata görə, hadisə əyalətin Mukalla şəhərinin mərkəzində baş verib. Hadisənin səbəbləri araşdırılır.