25 iyun 2026 08:59
88

Venesuelada zəlzələdən sonra fövqəladə vəziyyət elan edilib

Venesuela hakimiyyəti zəlzələdən sonra fövqəladə vəziyyət elan edib.

“İki sahil” "Reuters"ə istinadla xəbər verir ki, bu barədə prezident səlahiyyətlərini icra edən Delsi Rodriqes bildirib.

O, həmçinin Karakasın Mayketiya Beynəlxalq Hava Limanının dəyən ziyana görə bağlandığını açıqlayıb.

Ölkənin şimal hissəsində baş verən 7,1 maqnitudada zəlzələdən sonra ciddi ziyan qeydə alınıb.