Bu gün səhər saat 10:00-a olan məlumata görə, 486 nəfər qanvermə aksiyasında iştirak edib.
“İki sahil” xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika Qan Bankının icraçı direktoru Elxan Nağıyev Təzəpir məscidində Aşura günü ilə əlaqədar təşkil olunan qanvermə aksiyası zamanı jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu il də azad olunmuş ərazilərdə - Şuşa və Ağdam şəhərindəki məscidlərdə qanvermə aksiyası təşkil olunub:
"Ümumilikdə ölkə üzrə 30 şəhər-rayon üzrə 40 müəssisədə bu aksiya həyata keçirilir. Onlardan 24-ü məscid və ziyarətgah, 15-i tibb məntəqəsi, 1-i isə təhsil müəssisədir".
İcraçı direktor bildirib ki, aksiya saat 16:00-dək davam edəcək.
Azərbaycan və İƏT arasında korrupsiyaya qarşı mübarizə üzrə əməkdaşlıq müzakirə olunub
Ağdaşda partiya fəalları ilə VIII Qurultayın strateji hədəfləri müzakirə edilib
Dövlət icra məmuru vəzifəsinə qəbul üzrə müsabiqədə iştirak edən namizədlərin nəzərinə