Böyük Britaniya Kralı III Çarlz Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi, COP29-un prezidenti Muxtar Babayevlə ayaqüstü görüş keçirib.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycanın Londondakı səfiri Elin Süleymanov "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"Britaniya Kralı III Çarlzın ətraf mühitin mühafizəsi məsələlərinə dəyişməz sadiqliyi bütün dünya üçün ilham mənbəyidir. COP29-un prezidenti Muxtar Babayev superçirkləndiricilər probleminə həsr olunmuş tədbirdə BMT-nin Baş katibi Antonio Quterreş də daxil olmaqla, dünyanın aparıcı iqlim liderlərinə qoşulub. Görüş Böyük Britaniya Kral ailəsi və Birləşmiş Krallığın Enerji Təhlükəsizliyi və Karbon Neytrallığı Nazirliyi tərəfindən Sent-Ceyms sarayında təşkil olunub", - E.Süleymanov yazıb.
Azərbaycan və İƏT arasında korrupsiyaya qarşı mübarizə üzrə əməkdaşlıq müzakirə olunub
Ağdaşda partiya fəalları ilə VIII Qurultayın strateji hədəfləri müzakirə edilib
Dövlət icra məmuru vəzifəsinə qəbul üzrə müsabiqədə iştirak edən namizədlərin nəzərinə