Vətəndaşların təhlükəsizlik qaydalarına əməl etməməsi suda boğulma hallarının baş verməsinə səbəb olan əsas amillərdən biri olaraq qalır.
Bu barədə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin ictimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Akşin Əlili “İki sahil”ə özəl müsahibəsində bildirib.

Onun sözlərinə görə, suda boğulma hadisələrinin təhlili göstərir ki, vətəndaşlar tərəfindən yol verilən ən ciddi səhvlər nəzarətsiz və qeyri-çimərlik ərazilərdə çimmək, xilasedicilərin xəbərdarlıqlarına məhəl qoymamaq, üzmə sərhədlərini ötüb keçmək, güclü külək və dalğa zamanı suya daxil olmaq, spirtli içki qəbul etdikdən sonra çimmək və uşaqları nəzarətsiz qoymaqdır.
Akşin Əlili qeyd edib ki, məhz bu cür məsuliyyətsiz davranışlar bir çox hallarda faciəvi nəticələrə səbəb olur və insan həyatını təhlükə altına atır.
Yaqut Ağaşahqızı, “İki sahil”
Çimərlik təhlükəsizliyində əsas hədəf risklərin əvvəlcədən qarşısının alınmasıdır
“Dövlətin və təsərrüfat subyektlərinin mənafelərinin müdafiəsində auditin rolu” mövzusunda beynəlxalq konfrans keçirilib - FOTO