25 iyun 2026 18:52
93

Qalibaf İranın dondurulmuş aktivləri ilə bağlı ABŞ-nin bəyanatlarını tənqid edib

İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf ABŞ-nin dondurulmuş İran aktivlərinin ABŞ kənd təsərrüfatı məhsullarının alınmasına yönəldiləcəyi ilə bağlı bəyanatlarını tənqid edib.

“İki sahil” xəbər verir ki, bu barədə M. Qalibaf "X" sosial şəbəkə hesabında yazıb.

"ABŞ yalandan iddia edir ki, bizim dondurulmuş aktivlərimiz onların kənd təsərrüfatı məhsullarının alınması üçün istifadə ediləcək. Maraqlıdır", - o bildirib.

Qalibaf qeyd edib ki, ABŞ-nin çoxillik siyasətinin yeganə "məhsulu" onilliklər boyu davam edən inamsızlıq olub.

O həmçinin bildirib ki, Vaşinqton yalnız pozulmuş vədlər və boş danışıqlar təqdim edir.