Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılmasının 108-ci ildönümü münasibətilə Xankəndi şəhərində hərbçilərin yürüşü keçirilir.
“İki sahil” xəbər verir ki, Azərbaycan Ordusunun hərbi qulluqçularının şəhərin mərkəzi küçələri boyunca təntənəli keçidi ilə başlayan yürüş Müdafiə Nazirliyinin hərbi orkestrinin müşayiəti ilə keçirilib, vətənpərvərlik ruhunda musiqilər səsləndirilib.
Azad Xankəndi torpağında yürüş edən hərbi qulluqçular, vətəndaşlar tərəfindən alqışlarla qarşılanıb.
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib
Anar Eyvazov: "Birliyin Gücü – 2026" birgə hərbi təlimində 3570 nəfərdən çox hərbçi iştirak edir
Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub