26 iyun 2026 19:25
90

Su kanalında batan gəncin meyiti tapılıb

Şirvan suvarma kanalının İsmayıllı rayonunun Qubaxəlilli kəndindən keçən hissəsində batan 23 yaşlı gəncin meyiti tapılıb.

“İki sahil” xəbər verir ki,  FHN-dən  bildirilib ki, 2003-cü il təvəllüdlü Məhərrəmov Rəvan Vaqif oğlunun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasedicilərinin köməyi ilə tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.