Sürücülərin rahatlığını təmin etmək və parklanma prosesini daha da asanlaşdırmaq məqsədilə “AzParking” mobil tətbiqinə bir sıra yeniliklər əlavə olunub.
Dəyişikliklər istifadəçilərdən daxil olan müraciət, təklif və gündəlik istifadə təcrübəsinin təhlili əsasında hazırlanıb və parklanma prosesini daha rahat və operativ həyata keçirmək məqsədi daşıyır.
Yeni versiyada təqdim olunan əsas dəyişikliklər:
- Məntəqənin düzgünlüyünün təsdiqi – fərqli qiymət indeksli məntəqələrin yaxın yerləşdiyi kəsişmələrdə səhv seçimi azaltmaq üçün sessiyaya başlamazdan əvvəl məntəqənin təsdiqlənməsi.
- İnternet bağlantısı xəbərdarlığı – bağlantı kəsildikdə, istifadəçiyə dərhal məlumatınverilməsi və yenidən yoxlama imkanınınyaradılması.
- Xidməti parklanma xəbərdarlığı – istifadəçiyə yaxınlıqda xidməti avtomobillər üçün yerlərin olması barədə bildirişin göndərilməsi. Bu da sürücüyə düzgün yerdə park etmək imkanı yaradır.
- Canlı fəaliyyətlər – tətbiqi açmadan aktiv parklanma sessiyasının birbaşa telefonun kilid ekranından izlənilməsi.
- Xəritə görünüşü seçimi – məntəqəni daha rahat tapmaq üçün standart xəritənin və ya peyk görünüşününün seçilməsi.
Həyata keçirilən yenilənmə və təkmilləşdirməsürücülərə parklanma əməliyyatlarını daha sürətli, rahat və minimum addımla həyata keçirməyə imkan verir.
Tətbiqin inkişafı mərhələli şəkildə davam etdiriləcək.
YAP Kürdəmir rayon təşkilatında VIII Qurultayın yekunlarına həsr olunmuş tədbirlər keçirilib
YAP Bərdə rayon təşkilatının ərazi partiya təşkilatlarında müşavirələr davam etdirilir
“4Sİ Akademiyası” çərçivəsində 103 idarəetmə kitabı elektron formatda vətəndaşların istifadəsinə verilir
BŞİH: Ağacların kəsilməsində qayda pozuntusuna yol verən əməkdaş işdən azad edilib