26 iyun 2026 21:35
86

Fransa 2027 prezident seçkilərinə doğru – rəqabət qızışır

Milli Birlik Partiyası (Rassemblement National-RN) 2027-ci il prezident seçkilərinin birinci turu üçün üstünlüyünü artırır. Seçkilərə bir il qalmış Jordan Bardella tərəfindən idarə olunan partiya mərkəz blokunu daha da geridə qoyur və fərq artıq 15 faiz bəndini keçir.

“İki sahil” xəbər verir ki, Ifop-Fiducial tərəfindən “Le Figaro” üçün aparılan son sorğuya əsasən, RN birinci turda favorit mövqeyini möhkəmləndirib. Üstəlik, onun əsas rəqibi sayılan mərkəz blokla fərq getdikcə artır.

Jordan Bardella artıq Marin Lö Pendən də irəlidədir və 35–37% səs toplama ehtimalı ilə birinci yerdədir. Marin Lö Pen isə 32%-lıq göstərici ilə ondan sonra gəlir.

Mərkəz blok isə geriləyir. Eduard Filip 19–21% ilə Qabriel Attaldan öndədir. Lakin RN ilə fərq hələ də böyükdür - ssenaridən asılı olaraq 14–22 faiz bəndi arasında dəyişir.

Eduard Filip sağçı elektorat və əvvəlki makronist bazanı daha yaxşı cəlb edir. Bu, həlledici amil kimi qiymətləndirilir, çünki Emmanuel Makronun 2022-ci ildə əldə etdiyi 28%-lik elektorat hələ də tam olaraq bölüşdürülməyib.