27 iyun 2026 01:13
112

“Eurojackpot” lotereyasının 87 milyon avroluq uduşunu Almaniya sakini qazanıb

“Eurojackpot” lotereyasının iyunun 26-da keçirilən tirajında əsas uduş qazanılıb.

“İki sahil” “Bild” qəzetinə istinadla xəbər verir ki, rekord məbləğdə uduşun qalibi Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətinin sakini olub. O, düzgün rəqəmləri taparaq 87 milyon 264 min 546,90 avro məbləğində cekpotun sahibi olub.

İkinci uduş kateqoriyası üzrə qalib olan beş nəfərin hər biri 481 min avrodan çox qazanıb. Bu uduşlardan ikisi Bavariya əyalətinə, digərləri isə Aşağı Saksoniya, Estoniya və İsveçə düşüb. Daha üç iştirakçının isə hər biri 452 min 546 avro qazanıb. Həmin uduşlar Hamburq, Aşağı Saksoniya və İslandiyaya gedib. Bundan başqa, aşağı uduş kateqoriyaları üzrə də minlərlə iştirakçı mükafat əldə edib.

“Eurojackpot” lotereyasında son cekpot uduşu mayın 26-da qeydə alınıb. Həmin vaxt Çexiyadan olan iştirakçı 120 milyon avro qazanıb. Cari ildə “Eurojackpot”un əsas mükafatının Almaniyaya düşdüyü son hal isə martın 31-də baş verib. Şimali Reyn-Vestfaliya əyalətindən olan oyunçu 70,7 milyon avro udub.