27 iyun 2026 19:05
90

Fon der Lyayen: Aİ Livandakı vəziyyət fonunda 100 milyon avro ayırıb

Avropa İttifaqı (Aİ) Livan və Yaxın Şərqdəki vəziyyət fonunda məcburi köçkünlərə humanitar yardım göstərmək üçün 100 milyon avro ayırıb.

“İki sahil” xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen "X" sosial şəbəkəsində bildirib.

O, İsrail və Livan arasındakı razılaşmanı alqışlayaraq, onu gərginliyin azaldılması istiqamətində mühüm addım adlandırıb, lakin vurğulayıb ki, Livan münaqişə vəziyyətində qaldıqca sülh qeyri-mümkündür.

Fon der Lyayen, həmçinin vasitəçilik səylərinə görə ABŞ-yə təşəkkür edib.

"Növbəti əsas addımlar qeyri-dövlət qruplaşmalarının tərk-silah edilməsi, eləcə də Livanın suverenliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasıdır. Aİ davamlı regional sabitliyə doğru bu yolu dəstəkləməyə, o cümlədən zəruri humanitar yardımın tədarükünü davam etdirməyə hazırdır - məcburi köçkünləri dəstəkləmək üçün artıq 100 milyon avro ayrılıb", - o yazıb.