Danimarkada iyunun 27-də son 150 ilin ən yüksək temperaturu - 37°C qeydə alınıb.
“İki sahil” xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.
Qeyd olunub ki, bu göstərici 1975-ci ildən bəri qorunub saxlanılan 36,4 °C-lik əvvəlki rekordu üstələyib.
"Odensedən şimalda 36,6 °C temperaturla 1874-cü ildə ölçmələrin başlanmasından bəri ən isti günü qeydə aldıq və gün hələ başa çatmayıb", - Danimarka Meteorologiya İnstitutundan bildirilib. Meteoroloqların məlumatına görə, Orxus şəhərinin şimalında 37°C temperatur qeydə alınıb.
Nəşr həmçinin qeyd edib ki, 23-24 iyun tarixləri bütün müşahidə dövrü ərzində Fransa üçün rekord dərəcədə isti günlər olub. İyunun 25-i axşam saatlarından etibarən ölkənin qərb rayonlarında istilər geri çəkilməyə başlayıb, lakin 60-dan çox departament üçün "qırmızı" təhlükə səviyyəsi hələ də qüvvədədir.
Bu gün Almaniya Meteorologiya Xidməti Saksoniya-Anhalt əyalətindəki Drevitsdə 41,5°C temperatur qeydə alıb – bu, Almaniyanın bütün tarixi ərzində ən yüksək göstəricidir.